HAMAS İsrailə məxsus helikopteri vurduqlarını iddia edib

HAMAS İsrailə məxsus helikopteri vurduqlarını iddia edib

Fələstin HAMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın döyüşçüləri İsrail Ordusunun “Apache” helikopterini raketlə vurmağa müvəffəq olduqlarını iddia ediblər.

Birxeber.Az xəbər verir ki, bu barədə qruplaşmanın Telegram kanalında məlumat yayımlanıb.

Qruplaşma hadisənin Qəzza şəhərinin qərbində baş verdiyini açıqlayıb.

Xatırladaq ki, İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarında “Apache” helikopterlərindən fəal istifadə edir.