"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib

"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib

“Business Insight” araşdırma qrupunun keçirdiyi Müştəri Loyallığı İndeksi (NPS –NET Promoter Score) rəy sorğusu nəticəsində "PAŞA Həyat" sığorta şirkəti ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçilib.

Bu barədə "Birxeber.Az-Economics"ə sığorta şirkətindən bildirilib.

Qeyd edilib ki, araşdırmaya əsasən, mindən çox respondent arasında keçirilən sorğuda “PAŞA Həyat” liderlik əldə edib.