Ermənistan parlamenti müxalifətin Azərbaycanla delimitasiyaya dair layihəsini gündəliyə salmayıb

Ermənistan parlamenti müxalifətin Azərbaycanla delimitasiyaya dair layihəsini gündəliyə salmayıb

Ermənistan parlamenti müxalifətin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı bəyanat layihəsini rədd edib.

APA "news.am"a istinadən xəbər verir ki, müxalifətdə olan “Hayastan” fraksiyasının Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına dair bəyanat layihəsi parlamentin gündəliyinə salınmayıb.

Layihənin lehinə 27 deputat, əleyhinə isə 51 deputat səs verib.

Layihəni parlamentin plenar iclasına “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan təqdim edib.