Ölkədə vaksinasiya olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada 1576 nəfər vaksinasiya olunub.
Birxeber Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 386, ikinci doza vaksinləri sayı 162-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 875-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 153 olub.
Birxeber