Gürcüstanın Baş naziri: Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək

Gürcüstanın Baş naziri: Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək

Gürcüstanda həyat səviyyəsi aşağı olduqca miqrasiyanın yüksək səviyyəsi davam edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Bizdə mənfi göstəricilər var. Əsas məqsədimiz isə iqtisadi inkişafdır. Miqrasiyanın iki səbəbi var - brincisi, böyük iqtisadi geriləmə, ikincisi isə sərhədlərin açıq olmasıdır. Bu isə vətəndaşlara asanlıqla ölkəni tərk edib, Aİ ölkələrinə getmək imkanı yaradır”, - İ.Kobaxidze vurğulayıb.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Gürcüstandan 245 064 nəfər miqrasiya edib ki, bu da 2022-ci illə müqayisədə 95,6 % çoxdur.