Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

Azərbaycan elminə ağır itki üz verib.

Birxeber APA-ya istinadən xəbər verir ki, tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov bu gün axşam saatlarında vəfat etdib.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində anadan olub. O, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olaraq namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
1955-ci ilin mayında Moskvadan vətənə dönən T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirib. 1968-ci ildə o, “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.

Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Birxeber
QALEREYA
TƏHSİL TƏHSİL
Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? - AÇIQLAMA

Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? - AÇIQLAMA

TƏHSİL TƏHSİL
Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün 22 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verəcək

TƏHSİL TƏHSİL
Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

TƏHSİL TƏHSİL
Nazir Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqladı

Nazir Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqladı

TƏHSİL TƏHSİL
Paytaxt məktəbində şagird müəllimi döydü

Paytaxt məktəbində şagird müəllimi döydü

TƏHSİL TƏHSİL
Hacı Şahindən qızları təhsildən yayındıranlara CAVAB

Hacı Şahindən qızları təhsildən yayındıranlara CAVAB

TƏHSİL TƏHSİL
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırma əmək haqqına təsir edə bilər

TƏHSİL TƏHSİL
Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri

Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri

TƏHSİL TƏHSİL
Doktoranturaya qəbul imtahanında DƏYİŞİKLİK

Doktoranturaya qəbul imtahanında DƏYİŞİKLİK

TƏHSİL TƏHSİL
Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

Növbəti buraxılış imtahanlarının vaxtı AÇIQLANDI

TƏHSİL TƏHSİL
Azərbaycanda şagird dərs zamanı anidən

Azərbaycanda şagird dərs zamanı anidən

TƏHSİL TƏHSİL
Növbəti buraxılış imtahanlarının nəticələri

Növbəti buraxılış imtahanlarının nəticələri