Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək

Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.

Apasport.az "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, Ağayev aprelin 28-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, "Panatinaikos" komandasının baş məşqçisi Fatih Terimdir.