Yol polisi Bakıda içərisində hərbçilər olduğu ehtimal edilən avtomobil qəzasına münasibət bildirib

Yol polisi Bakıda içərisində hərbçilər olduğu ehtimal edilən avtomobil qəzasına münasibət bildirib

Bakının Suraxanı rayonunda içərisində hərbçilərin də olduğu ehtimal edilən avtomobil qəzaya düşüb.

“Report”un məlumatına görə, nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəza ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə xəsarət alanların hərbi formada olduğu görünür.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, qəza bu gün saat 11:30 radələrində "Chevrolet" markalı avtomobillə törədilib.

Fakt araşdırılır.