Alparslan Bayraktar: "Türkiyə Yunanıstan ilə enerji tərəfdaşlığını genişləndirməyə ümid edir"

Alparslan Bayraktar: "Türkiyə Yunanıstan ilə enerji tərəfdaşlığını genişləndirməyə ümid edir"

Türkiyə və Yunanıstan bu gün ilk enerji forumunu keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar forum iştirakçılarına müraciətində qeyd edib ki, Ankara Afina ilə tərəfdaşlıq əlaqələrini genişləndirməyə ümid edir:

“Ümid bəsləyirik ki, bu forum Türkiyə ilə qonşumuz Yunanıstan arasında enerji imkanlarının yeni dövrünün başlanğıcını qoyacaq”.

Nazir vurğulayıb ki, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

“Regional əməkdaşlığın inkişafı bizim milli və beynəlxalq enerji təhlükəsizliyi məqsədlərimizin mühüm hissəsidir. Tərəfdaşlığı genişləndirməyə və özəl sektor, eləcə də hökumətlərarası əməkdaşlıq çərçivəsində artan səylərə dəyər verməyə sadiqik”.