Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb

Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniya Prezident İqamətgahına gəlib.

Bu barədə "Birxeber.Az"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan liderini almaniyalı həmkarı qarşılayıb. Dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iqamətgahında xatirə kitabını imzalayıb.