Britaniyada Yaxın Şərqdəki müharibədən sonra terror riski “görünməmiş” səviyyədədir

Britaniyada Yaxın Şərqdəki müharibədən sonra terror riski “görünməmiş” səviyyədədir

Böyük Britaniyada terror hücumları təhlükəsi İsrail və HAMAS arasında müharibə başlayandan bəri “görünməmiş” səviyyədədir.

APA xəbər verir ki, bunu Fox News-a London polis rəisinin köməkçisi Mett Jewkes bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra mümkün terror aktları ilə bağlı polisə edilən zənglərin sayı 25% artıb. Jewkes deyir ki, daha təhlükəli və qeyri-sabit bir dövrü xatırlamaq çətindir.

İsrail və HAMAS arasındakı müharibə islamçı ekstremistlər arasında "fövqəladə miqdarda" onlayn məzmun və dezinformasiya ilə təkan verən yeni radikallaşma dalğasını sürətləndirib.