İspaniyanın Baş naziri postunu tərk etməyəcək

İspaniyanın Baş naziri postunu tərk etməyəcək

Pedro Sançez İspaniyanın Baş naziri vəzifəsində qalacaq.

APA "Guardian"a istinadən xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançez öz vəzifəsində qalacağını açıqlayıb.

"Davam etmək qərarına gəldim. Bu qərar tam nöqtədir. İspaniya hökumətinin başında daha da qətiyyətlə davam etmək qərarını verdim", - Baş nazir bildirib.

Sançez 2018-ci ildə keçmiş Baş nazir Mariano Raxoya qarşı etimadsızlıq səsverməsindən sonra hakimiyyətə gəlib.

O, aprelin 24-də həyat yoldaşının istintaqa cəlb olunması xəbərindən sonra siyasi gələcəyi ilə bağlı qərar vermək üçün bir neçə günlük bütün ictimai vəzifələrini dayandırdığını və istefa verib-verməyəcəyi ilə bağlı qərarını açıqlayacağını bəyan etmişdi.

Qeyd edək ki, Madrid məhkəməsi Sançezin həyat yoldaşı Beqonya Qomes barədə ispan ifrat sağçıları ilə əlaqəsi olan vəkil və keçmiş siyasətçi Miguel Bernadın qurduğu "Təmiz Əllər" qrupu tərəfindən verilən şikayətdən sonra istintaq başladıb.