“Şəki” basketbol klubu iki legionerlə vidalaşıb

“Şəki” basketbol klubu iki legionerlə vidalaşıb

Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Şəki” kollektivi iki legionerlə vidalaşıb.

“Birxeber.Az” bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda düşərgəyə qoşulan 2 amerikalı basketbolçu - Simeus Vebster və Vanya Kinq komandanı tərk ediblər.

Qeyd edək ki, "Şəki" ABL-də müntəzəm mövsümü 19 xalla sonuncu yerdə başa vurub.