Ermənistanın baş naziri protokola cavabdeh olan şəxsi işdən çıxarıb

Ermənistanın baş naziri protokola cavabdeh olan şəxsi işdən çıxarıb

Ermənistan Baş Naziri Aparatında protokol üzrə məsul şəxs olan Suren Varosyan tutduğu vəzifədən azad edilib.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, S.Varosyan bu vəzifəyə 2021-ci ilin avqustunda təyin edilmişdi.