Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO - YENİLƏNİB

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO  - YENİLƏNİB

Tbilisidə etirazçılar paytaxtın əsas nəqliyyat qovşağını iflic ediblər.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, parlament binasının qarşısına toplanmış minlərlə etirazçı buradan Rustaveli prospekti ilə Qəhrəmanlar meydanına yürüş ediblər.

Nəticədə Tbilisinin əsas nəqliyyat qovşağı da daxil olmaqla bir sıra mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam dayanıb.

***
19:59

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar yenidən Rustaveli prospektini avtomobillər üçün bağlayıblar.

Etirazçılar hakim partiyanın "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Əraziyə təcili yardım maşınları cəlb edilib.