Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər

Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər

Miqrantlar Belarusla sərhəddə polşalı sərhədçilərə hücum edərək onlara daş atıblar.

Birxeber.Az xəbər verir ki, bu barəd Polşanın Sərhəd Xidməti məlumat yayıb.

“Dünən, mayın 1-də Polşa patrulları iki dəfə hücuma məruz qalıb”, - məlumatda deyilir.

Hücumlar nəticəsində bir sərhədçi və bir Polşa Ordusunun əsgəri üz nahiyədən yaralanıblar.

Ümumilikdə, son 24 saat ərzində Polşa ərazisinə 100-dən çox qanunsuz giriş cəhdi qeydə alınıb.