Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

"Report"un məlumatına görə, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çəki dərəcələrində medalçılar bəlli olub.

Oğlanlar arasında 50 kq-da Məhəmmədəli Hüsiyev və 55 kq-da Nihad Məmişov qızıl medala sahib çıxıblar.

60 kq-da Fərid Qarayev gümüş, Özqan Quliyev bürünc medal əldə edib.

66 kq-da Ramil Mahmudov və Səlim Sultanov bürünc medala yiyələniblər.

Qızlar arasında 40 kq-da Xədicə Abdullayeva, 44 kq-da Leyla Ələkbərova, 52 kq-da Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıblar.