İtaliyanın müdafiə naziri: “Makronun Ukraynaya dair açıqlamalarının məqsədini başa düşmürəm”

İtaliyanın müdafiə naziri: “Makronun Ukraynaya dair açıqlamalarının məqsədini başa düşmürəm”

İtaliya Müdafiə Nazirliyi Fransanı Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlar verməklə gərginliyi artırmamağa dəvət edib.

Birxeber.Az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krozetto “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.

“Mən Fransa kimi dost ölkənin prezidentini mühakimə etmirəm, lakin Makronun gərginliyi artıran bəyanatlarının məqsəd və faydasını başa düşmürəm”, - nazir vurğulayıb.

İtaliyalı nazir əmindir ki, ölkələr “dialoqun bütün formalarını axtarmalı” və “diplomatiya şəbəkəsi” yaratmağa başlamalıdırlar.

Müsahibə zamanı Krozetto İtaliyanın heç bir silahlı müdaxilədə iştirak etməyəcəyinə qəti inamını ifadə edib.

Xatırladaq ki, “The Economist” jurnalı ilə söhbətində Fransa Prezidenti Makron bildirib ki, Avropa İttifaqı ölkələri Ukrayna ilə bağlı növbəti addımlarını atarkən “çox tərəddüd ediblər”. O, Ukraynaya Qərb ölkələrindən hərbçilərin göndərilməsinin mümkünlüyünü istisna etmədiyini bir daha vurğulayıb.