"Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb

"Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb

"Qarabağ" klubu müdafiəçi Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti daha 3 il artırılıb. O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

Qeyd edək ki, Mustafazadə 2021-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.