Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB-2

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB-2

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.

Birxeber.Az xəbər verir ki, əklil mərhumun məzarı üstünə qoyulub.

***

15:30

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib.

Birxeber.Az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

14:55

Təzə Pir məscidində Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Birxeber.Az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn ediləcək.

14:24

***

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

Birxeber.Az xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Süleymanova Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) olub. O, 1937-ci ildə Bakıda anadan olub. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxuyub. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi alıb.

Elmira Süleymanova 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) olub.