Gəncədə Gədəbəy sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə Gədəbəy sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə 32 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan "Birxeber.Az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs, 2003-cü il təvəllüdlü H.Haqverdiyev saxlanılıb.

"Hadisə şəxsi münasibətlər zəminində törədilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsində olub. Zərərçəkən 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

24.04.2024 / 22:31

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində yerləşən evlərin birindən qeydə alınıb.

Bıçaq xəsarəti alan Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü E.Abbasov xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, zərərçəkən 3 bıçaq xəsarəti alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə qeydə alındığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.