Norris “Formula 1” Mayami Qran-prisinin birincisi olaraq karyerasında ilk qələbəsini qazanıb

Norris “Formula 1” Mayami Qran-prisinin birincisi olaraq karyerasında ilk qələbəsini qazanıb

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula 1” avtomobil sinfi üzrə dünya çempionatının altıncı mərhələsi – Mayami Qran-prisinin qalibi olub.

“Birxeber.Az” xəbər verir ki, finiş xəttinə ikinci “Red Bull”dan niderlandlı Maks Ferstappen gəlib. Üçüncü yeri “Ferrari”dən monakolu Şarl Lekler tutub.

Norris karyerasında ilk dəfə “Formula 1” mərhələsinin qalibi olub. Əvvəllər britaniyalı ikinci yerdən yuxarı qalxmamışdı.

Fərdi göstəricidə isə Ferstappen 136 xalla liderliyini qoruyub saxlayır. İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres (101), Lekler üçüncü (98) tutur. Konstruktorlar Kubokunda “Red Bull” liderliyi qoruyub saxlayır (237), “Ferrari” ikinci yeri (189), “McLaren” üçüncü yeri (124) tutur.