"Neftçi"nin kapitanı "Qarabağ"la bugünkü oyunu buraxacaq

"Neftçi"nin kapitanı "Qarabağ"la bugünkü oyunu buraxacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.