Birxeber.az / "Neftçi"nin kapitanı "Qarabağ"la bugünkü oyunu buraxacaq

"Neftçi"nin kapitanı "Qarabağ"la bugünkü oyunu buraxacaq

24-04-2024, 19:40

"Neftçi"nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.

Geri qayıt