Oleq Əmirbəyov: Qırğızıstan mədəniyyəti günləri ölkələrarası əlaqələrə yüksək töhfə verəcək

Oleq Əmirbəyov: Qırğızıstan mədəniyyəti günləri ölkələrarası əlaqələrə yüksək töhfə verəcək

Azərbaycanda ilk dəfə keçirilən Qırğızıstan mədəniyyəti günləri ölkələrarası əlaqələrə yüksək töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın tanınmış teatr və kino aktyoru Oleq Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ölkələr arasındakı münasibətlərin mədəni-humanitar sahələrdə möhkəmləndirilməsi çox vacibdir:

"Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq aktiv şəkildə, uğurla həyata keçirilir. Dünən nazirlər arasında keçirilən görüş zamanı iki qurumun gələcəkdəki əməkdaşlıq perspektivləri müzakirə olunub. Çox güman ki, iki ölkə arasında təxmini 2-3 illik mədəni tədbirlər planı hazırlanacaq".

Qeyd edək ki, bu gün Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Qırğızıstanın sənət nümunələrinin nümayiş etdirildiyi sərgi açılıb. Mədəniyyət günləri çərçivəsində həmçinin, Qırğız xalqının milli geyimlərindən ibarət moda nümayişi, bu ölkənin milli mətbəxinin təamları ziyarətçilərə təqdim edilib, qonaqlar Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.