Kamal Abbasov: “Macarıstan şirkətləri günəş elektrik stansiyasının inşası üzrə hərracda iştirak edəcək”

Kamal Abbasov: “Macarıstan şirkətləri günəş elektrik stansiyasının inşası üzrə hərracda iştirak edəcək”

Azərbaycan Macarıstanla enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

O qeyd edib ki, ötən gün Bakıda Azərbaycan-Macarıstan işçi qrupunun iclası keçirilib, iclas çərçivəsində “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə olunub: “Bundan əlavə, iki dövlət arasında Azərbaycan qazının Avropaya əlavə həcmdə nəqlini nəzərdə tutan “Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində əməkdaşlıq qurulub. Macarıstan ilə enerji əməkdaşlığımızı yeni sahələrin daxil edilməsi ilə genişləndirə bilərik”.

K.Abbasov onu da bildirib ki, yaxın vaxtlarda günəş elektrik stansiyasının inşası üzrə ilk hərrac keçiriləcək: “Macarıstan şirkətlərinin orada iştirak etməsi sevindirici haldır”.