Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% azalıb

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu il Azərbaycana ixrac Gürcüstanın ümumi ixracınının 10,1%-ni təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycandan idxalı isə illik ifadədə 16,8% azalaraq 164,48 milyon dollar təşkil edib. Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,9%-ni təşkil edib.

2024-cü ilin 1-ci rübündə Azərbaycan Gürcüstanın 6-cı əsas idxal tərəfdaşı, 4-cü əsas ixrac tərəfdaşı olub. Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 298,991 milyon dollar olub ki, bu da illik ifadədə 79,439 dollar və ya 21% azdır. 2023-cü ilin analoji dövründə bu göstərici 378,43 milyon dollar təşkil edib