Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Şəkidə dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Birxeber.Az-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.

Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.

Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.

İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.

Namik Məmmədov hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə olunur.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb.

***
18:17

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.
Birxeber.Az-nın Şimal-qərb bürosunun məlumatına görə, mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.