HƏMAS rəhbərliyi Qətəri tərk etməyi planlaşdırmır

HƏMAS rəhbərliyi Qətəri tərk etməyi planlaşdırmır

Qətərdə yaşayan Fələstinin HƏMAS hərəkatının liderləri ölkəni tərk etmək niyyətində deyillər.

APA xəbər verir ki, bu barədə hərəkatdakı mənbələrə istinadən “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS liderləri yaşayış yeri kimi Qətərə alternativ axtarmırlar.

Hərəkatın nümayəndələri bildirib ki, İsraillə mümkün atəşkəs razılaşması üçün vasitəçilərin köməyi ilə ümumilikdə dörd variant ötürülüb. Lakin HƏMAS hesab edir ki, İsrailin danışıqlar prosesi ilə bağlı ciddi niyyəti yoxdur və saziş bağlamaq istəmir.