Macarıstanın MOL şirkəti Azərbaycana investisiyalarının artırılmasına hazırdır

Macarıstanın MOL şirkəti Azərbaycana investisiyalarının artırılmasına hazırdır

Macarıstanın MOL neft-qaz şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları indiyədək 2 milyard ABŞ dolları təşkil edib.

“Birxeber.Az” xəbər verir ki, bunu “MOL Azerbaijan”ın icraçı direktoru Attila Somfai Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib. Bununla belə, biz investisiyaların həcminin və uzunmüddətli əməkdaşlığımızın genişləndirilməsinə ümid edirik”, - o bildirib.