Simone İnzaqi "İnter"də qazandığı kubok sayında Mourinyonu geridə qoyub

Simone İnzaqi "İnter"də qazandığı kubok sayında Mourinyonu geridə qoyub

"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya klubunda titul sayında Joze Mourinyonu ötüb.

"Birxeber.Az" xəbər verir ki, mütəxəssis bunu Milan təmsilçisi ilə cari mövsümdə A Seriyasında qalib olmaqla bacarıb.

Bu, onun komandada 6-cı kubokudur. İnzaqi iki dəfə İtaliya Kubokunu və üç dəfə ölkə Superkubokunu da qazanıb.

Mourinyo "İnter"də 5 titul əldə etmişdi. Klubda rekordçular Helenio Herrera və Roberto Mançinidir (hərəyə 7 titul).