Birxeber.az / Simone İnzaqi "İnter"də qazandığı kubok sayında Mourinyonu geridə qoyub

Simone İnzaqi "İnter"də qazandığı kubok sayında Mourinyonu geridə qoyub

23-04-2024, 10:40

"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya klubunda titul sayında Joze Mourinyonu ötüb.

"Birxeber.Az" xəbər verir ki, mütəxəssis bunu Milan təmsilçisi ilə cari mövsümdə A Seriyasında qalib olmaqla bacarıb.

Bu, onun komandada 6-cı kubokudur. İnzaqi iki dəfə İtaliya Kubokunu və üç dəfə ölkə Superkubokunu da qazanıb.

Mourinyo "İnter"də 5 titul əldə etmişdi. Klubda rekordçular Helenio Herrera və Roberto Mançinidir (hərəyə 7 titul).

Geri qayıt