Türkiyədə ardıcıl iki yol qəzası olub, 10 nəfər yaralanıb

Türkiyədə ardıcıl iki yol qəzası olub, 10 nəfər yaralanıb

Türkiyənin İsparta şəhərində yol qəzası yerinə yardıma gələn polis və ambulans avtomobillərinə başqa nəqliyyat vasitəsi çırpılıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, iki yol-nəqliyyat hadisəsində biri körpə olmaqla ümumilikdə 10 nəfər yaralanıb.

Bildirilib ki, qəza yerli vaxtla 12:30 (Bakı vaxtı ilə 13:30) radələrində İsparta – Antalya şosesinin 8-ci kilometrliyində tunel girişində olub. Məlumata görə, zərərçəkmişlərdən üçü birinci, yeddisi ikinci qəzada yaralanıb.

Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır.