Ermənistanda 30-dan çox etirazçı saxlanılıb
Ermənistanın Tavuş vilayətində 31 şəxs rayon polis bölməsinə aparılıb.
“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama) maddəsi ilə saxlanılıb.