Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu olub

Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu olub

Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.

“Report” xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.