Birxeber.az / Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu olub

Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu olub

18-04-2024, 13:40

Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.

“Report” xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.

Geri qayıt