Bakıda YPX əməkdaşını avtomobil vurub
Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşını avtomobil vuraraq xəsarət yetirib.
"Birxeber.Az"un məlumatına görə, paytaxt ərazisində avtomobil 1987-ci il təvəllüdlü İsmayılov Elşad Səfər oğlunun xidmət zamanı ayağının üzərindən keçib.
Xəsarət alan polis əməkdaşı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.