Mehmet Gülez: "Azərbaycan regionda "Mastercard"dan konsultasiya xidmətləri alan əsas ölkələrdəndir"

Mehmet Gülez: "Azərbaycan regionda "Mastercard"dan konsultasiya xidmətləri alan əsas ölkələrdəndir"

Azərbaycan regionda "Mastercard" beynəlxalq ödəmə xidmətləri təşkilatından konsultasiya xidmətləri alan əsas ölkələrdəndir.

"Birxeber.Az" xəbər verir ki, bunu "Mastercard"ın Biznesin inkişafı üzrə vitse-prezidenti Mehmet Gülez şirkətin mətbuat konfransında deyib.

"Biz hazırda Azərbaycanda ilk 10 sırada olan 7-8 banka konsultasiya xidmətləri göstəririk və bu istiqamətdə də müraciətlərin sayı artır. Eyni zamanda Azərbaycan Mərkəzi Bankı ilə də əməkdaşlıq edirik və bu, davamlı olacaq", - deyə M. Gülez vurğulayıb.