Stoltenberq: Ukraynanın daha çox yardıma ehtiyacı var

Stoltenberq: Ukraynanın daha çox yardıma ehtiyacı var

"Mənim mesajım aydındır, Ukraynaya daha çox hərbi yardım göndərin".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Niderland Baş naziri Mark Rutte, Danimarka Baş nazir Mette Frederiksen və Çexiya Baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında deyib.

Yens Stoltenberq bildirib ki, keçirilən görüşdə Ukraynaya yardım məsələsi müzakirə olunub. "Döyüş meydanında vəziyyət çətindir, Ukraynanın daha çox yardıma ehtiyacı var və bu artıq ölkə rəhbərliyi tərəfindən bəyan olunub".

Stoltenberq Çexiya, Danimarka və Niderlanda Ukraynaya verdiyi yardımlara görə təşəkkür edib və o ümid etdiyini bildirib ki, ABŞ Konqresi də yaxın günlərdə Ukraynaya yardımı təsdiqləyəcək.

"Mənim mesajım aydındır, Ukraynaya daha çox yardım lazımdır, ona görə də daha çox göndərin".