Şahin Bağırov Bərdədə vətəndaşları qəbul edəcək

Şahin Bağırov Bərdədə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov aprelin 22-də saat 09:00-da Bərdə şəhərində Bərdə, Yevlax və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Birxeber.Az”un komitəyə istinadən verdiyi məlumata görə, qəbul aprelin 22-də saat 09:00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 102) keçiriləcək.

Qəbul zamanı Bərdə, Yevlax və Tərtər rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.