Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib 

Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib 

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib.

“Birxeber.Az” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi məhkəmə iclasında baxlacaq. Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin olunub.

Qeyd edək ki, eks deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.