Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb

Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb

Peruda şəhərlərarası avtobusun uçuruma düşməsi nəticəsində 23 nəfər həlak olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “RPP” radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə Lukum bölgəsində baş verib.

Qəza nəticəsində 9 nəfərin yaralandığı bildirilir. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Selendin əyalətində baş verən qəzadan sonra həlak olanlar üçün matəm əlaməti olaraq bayraqlar yarıya qədər endirilib.