Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon mərəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1954-cü il təvəllüdlü Muxtarova Qızbəs Abuzər qızı yolu keçən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Q.Muxtarova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.