Ermənistanda Nazirliyin şöbə müdiri rüşvət aldığı üçün saxlanılıb - YENİLƏNİB

Ermənistanda Nazirliyin şöbə müdiri rüşvət aldığı üçün saxlanılıb - YENİLƏNİB

Ermənistan ordusunda hərbi xidmətdən yayınma faktları ilə bağlı keçirilən əməliyyat çərçivəsində Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığının Qorunması İdarəsinin şöbə müdiri Lilit Avetisyan xidməti kabinetində saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “Hraparak” yayıb.

Qeyd edək ki, bundan öncə hərbi komissarlıqlardan birinin yüksək vəzifəli şəxsi külli-miqdarda rüşvət almaq ittihamı əsasında tutulub.

***

15:11

Ermənistanın ordusunun yüksək vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Korrupsiya Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, hərbi komissarlıqlardan birində şöbə rəisi vəzifəsində işləyən V. M. ad və soyadlı şəxs şəxsiyyəti istintaq sirri olaraq saxlanılan A. M. adlı başqa bir nəfərlə cinayət əlaqəsinə girərək, çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün tamah məqsədilə ümumilikdə 125 min ABŞ dolları məbləğində rüşvət alıb.

Toplanmış materiallar istintaq orqanına göndərilib.