Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar - FOTO

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar - FOTO

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Baloğlan İsmayılov saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Üzərindən marixuana aşkarlanan şəxs narkotik vasitənu Azər adlı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən tədbirlər nəticəsində B.İsmayılova narkotik vasitəni satan Naftalan şəhər sakini Azər Rüstəmov da saxlanılıb. Üzərindən marixuana aşkar edilən A. Rüstəmov isə ifadəsində narkotik vasitəni Mingəçevir şəhər sakini Fəqan adlı şəxsdən aldığını bildirib. Tədbirlərin davamı olaraq Fəqan Əliyev də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən də narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.