Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb

Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bununla bağlı nazirliyin müraciətində bildirilir.

“Hər hansı qanun pozuntusunun dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq”, - məlumatda bildirilir.

Qeyd edək ki, Tbilisidə keçirilən mitinq zamanı iştirakçılar parlament binasını mühasirəyə almağa çalışırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara yürüş etməyə imkan vermir və kordonu yarmağa çalışırlar. Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.