Qərb ölkələrinin səfirləri Kobaxidze ilə “xarici agentlər” qanununu müzakirə edib

Qərb ölkələrinin səfirləri Kobaxidze ilə “xarici agentlər” qanununu müzakirə edib

ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Şimali İrlandiyanın Gürcüstandakı səfirləri Baş nazir İrakli Kobaxidze ilə görüşərək “xarici agentlər” qanununu ilə bağlı müzakirə aparıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, görüş zamanı hökumət başçısı “Xarici təsirin şəffaflığı haqqında” adı ilə qeydiyyatdan keçirilmiş qanun layihəsinin əsas hüquqi prinsiplərə uyğun olduğunu və yeganə məqsədinin QHT-lərin, həmçinin medianın illik büdcə bəyanatı verməsi olduğunu bildirib.

Qərb ölkələrinin səfirlərinin mövqeyi ilə bağlı məlumat paylaşılmayıb.