Azərbaycan Tbilisidə keçirilən enerji konfransında təmsil olunur

Azərbaycan Tbilisidə keçirilən enerji konfransında təmsil olunur

Azərbaycan nümayəndə heyəti Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı (ŞT) regionunda Dayanıqlı İstilik və Enerji Səmərəliliyi üzrə Regional Konfransda iştirak edirlər.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu gün Tbilisidə Şərq Tərəfdaşlığı (ŞT) regionunda Dayanıqlı İstilik və Enerji Səmərəliliyi üzrə Regional Konfransı işinə başlayıb. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verəcəklər.

Konfransda ŞT-nin Milli Enerji Tənzimləmə Orqanları, müvafiq Nazirliklər və müvafiq hallarda rayon istilik orqanları/şirkətlərinin enerji sektorunda maraqlı tərəflərin nümayəndələri iştirak edirlər.

Bildirilib ki, konfransın məqsədi 5 Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) rəsmilərinin davamlı isitmə və soyutma üzrə siyasətlər kimi geniş aspektləri əhatə edən potensialının artırmaqdır.

İki gün davam edəcək tədbir çərçivəsində interaktiv seminar keçiriləcək.

Seminarlar ölkələrin hazırladığı strategiyalar, fəaliyyət planları, texniki və maliyyə modernləşdirilməsi, bərpa olunan mənbələrdən istifadənin və enerji səmərəliliyinin artırılması, iqlim məqsədlərinə və davamlılığa töhfə vermək, təcrübə, problemlər və imkanların mübadiləsi məsələləri müzakirə olunacaq.

Bundan əlavə, iştirakçılar Avropa ekspertlərindən prioritetlər, siyasət və tənzimləmə yenilikləri, eləcə də istilik və soyutma sektorunun enerji keçidi və iqlim məqsədlərinə nail olunmasına töhfə vermək üçün Avropada yanaşmalar və təcrübələr haqqında məlumat alacaqlar.