ING Azərbaycanda inflyasiya proqnozunu növbəti dəfə azaldıb

ING Azərbaycanda inflyasiya proqnozunu növbəti dəfə azaldıb

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 3,1 %, 2025-ci ildə 3,8 % olacağını proqnozlaşdırır.

Bu barədə “Birxeber.Az” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il və gələn il üçün açıqlanan yeni proqnoz mart ayında açıqlanan proqnoza nisbətən müvafiq olaraq 1,3 1,7 faiz bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 4,2 %, ikinci rübdə 1,2 %, üçüncü rübdə 2,7 %, dördüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə - 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.

Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.