Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

Həftəsonu Azərbaycanda avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları həftəsonu ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlayıblar.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.